İran və Rusiya birlikdə dəniz təlimlərinə başlayır

İran və Rusiya birlikdə dəniz təlimlərinə başlayır
15 Fevral 2021
Mətni dəyiş

İran və Rusiya Hind okeanının şimalında birgə dəniz təlimlərinə başlayır. 

İranın keçmiş Dəniz Qüvvələri komandiri, ordunun baş komandanının koordinasiya məsələləri üzrə müavini Həbibullah Səyyari İran və Rusiyanın birgə dəniz təlimlərinin Hind okeanının şimalında təhlükəsizliyi təmin etməyə hədəfləndiyini bildirib.

Səyyari deyib ki, təlimlər bölgədə davamlı sülhü təmin edəcək. Ancaq o, təlimlərin dəqiq hansı tarixdə başlayacağını bildirməyib.

IRNA İnformasiya Agentliyinin məlumatına görə, İran dəniz donanmasının böyük dəniz dövlətləri səviyyəsində olduğunu bildirən Səyyari əlavə edib ki, Rusiyanın güclü Hərbi Dəniz Qüvvələrinin İranın Hərbi Dəniz Qüvvələri ilə birgə keçirəcəyi təlimlər açıq mesaj əhəmiyyəti daşıyır.

Bundan əvvəl Rusiyanın İrandakı səfiri Levan Caqaryan Sputnikə açıqlamasında deyib ki, İran və Rusiya fevralın ortalarında birgə dəniz təlimləri keçirə bilər.

Son birgə təlimləri İran, Rusiya və Çin 27-29 dekabr 2019-cu il tarixlərində Hind okeanının şimalında və Fars körfəzindəki Hörmüz boğazında keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun