İran "Fars körfəzi" əvəzinə "Ərəb körfəzi" dediyinə görə Rusiyaya nota verib

İran "Fars körfəzi" əvəzinə "Ərəb körfəzi" dediyinə görə Rusiyaya nota verib
8 Fevral 2021
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi Tvitter hesabında ərəbcə edilmiş paylaşımda "Fars körfəzi" əvəzinə "Ərəb körfəzi" yazılması İranı qəzəbləndirib.

İran Xarici İşlər Nazirliyinin mәtbuat katibi Səid Hatibzadə rəsmi dövlət xəbər agentliyi İRNA-ya açıqlamasında bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi Tvitter hesabında ərəbcə edilmiş paylaşımda "Fars körfəzi" əvəzinə "Ərəb körfəzi" ifadəsi işlədildiyi üçün İranın Moskvadakı səfirliyi vasitəsi ilə Rusiya Xarici İşlər Nazirliyinə nota verilib.

Sözügedən ərazini İran "Fars körfəzi", Ərəb ölkələri isə "Ərəb körfəzi" kimi tanıyır.

Arazı ayırdılar...

Bundan əvvəl ötən ilin 10 dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Hərbi Paradda Araz çayı ilə bağlı səsləndirdiyi bayatı İranı qıcıqlandırıb.

Bu barədə İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb:

“Türkiyə Prezidenti Ərdoğana Bakıda dediyi şeirin sözləri ilə Arazın şimalındakı bölgələrin vətənləri İrandan zorla ayrılmasına eyham vurduğu barədə məlumat verilməyib. Bunu deməklə Azərbaycan Respublikasının suverenliyinə zərər vurduğunun fərqində deyildimi? Heç kim sevdiyimiz Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur – red.) haqqında danışa bilməz”, – deyə XİN rəhbəri paylaşımında qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun