İran Belçikada 20 il həbs cəzası alan diplomatının dərhal buraxılmasını tələb edir

İran Belçikada 20 il həbs cəzası alan diplomatının dərhal buraxılmasını tələb edir
10 Fevral 2021
Mətni dəyiş

Belçikanın İrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. İran Fransada bombalı terror hücumu planlaşdırmaqda ittiham olunaraq 20 il azadlıqdan məhrum edilən irnalı diplomat Əsədullah Əsədin dərhal azadlığa buraxılmasını istəyib.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, diplomatın həbsinin diplomatik münasibətləri tənzimləyən 1961-ci il Vyana müqaviləsinə zidd olması Belçika səfirinin diqqətinə çatdırılıb.

Belçika məhkəməsi 2018-ci ildə Fransada İranın müxalifət qrupuna qarşı bomba hücumu planlaşdıran İran diplomat barəsində hökm çıxarıb. İranın Vyanadakı səfirliyində üçüncü yüksək vəzifəni tutan Əsədi 20 il azadlıqdan məhrum edilib. O, Almaniyada saxlanılaraq Belçikaya təhvil verilmişdi.

Bu iş üzrə Əsədidən başqa da 3 nəfər mühakimə olunub, onlar Parisdə yerləşən İran Milli Şurası Müqavimətinin mitinqinə bomba hücumu planlaşdırdıqmaqda ittiham olunub. Həbs edilən digər üç nəfər 15 ildən 18 ilədək həbs cəzasına məhkum edilib.

Tehran ittihamları dəfələrlə rədd edib. 1979-cu il İran inqilabından bəri ilk dəfədir ki, Avropa İttifaqı ölkəsi İran rəsmisinə qarşı terror ittihamı irəli sürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun