Hollandiyalı siyasətçi Ərdoğana "terrorist" deyib, Ərdoğan isə prokurorluğa müraciət edib

Hollandiyalı siyasətçi Ərdoğana "terrorist" deyib, Ərdoğan isə prokurorluğa müraciət edib
16 Fevral 2021
Mətni dəyiş

Türkiyə prokurorluğu Hollandiya Nümayəndələr Palatasının üzvü, sağçı "Azadlıq" partiyasının sədri Geert Wilders barəsində araşdırma başlatdığını açıqlayıb.

Prokurorluğun açıqlamasına görə, buna səbəb siyasətçinin Tvitter hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımıdır. Bellə ki, Geert Wilders 15 fevraldakı Tvitter paylaşəmında Türkiyə prezidentinin fotoşopla düzəldilmiş şəklini paylaşaraq, onu "Terrorist" adlandırıb.

Hollandiyalı siyasətçi Geert Wilders bundan əvvəl də Ərdoğana "Terrorist" demişdi.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan da hollandiyalı siyasətçi barəsində rəsmi qaydada şikayət etmişdi. Prezidentin vəkili Hüseyin Aydın tərəfindən verilən şikayətdə Wildersin Ərdoğanı təhqir etdiyi qeyd olunmuşdu.

Sözügedən təhqirlərin Türkiyə qanunları çərçivəsində cinayət olduğunu bildirən vəkil, araşdırmanın da Türkiyədə aparılmalı olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun