Gürcüstanda parlament müxalifətdən olan 51 deputatın mandatdan məhrum edilməsi məsələsinə baxacaq

Gürcüstanda parlament müxalifətdən olan 51 deputatın mandatdan məhrum edilməsi məsələsinə baxacaq
2 Fevral 2021
Mətni dəyiş
Gürcüstan parlamentinin bu günki plenar iclasında müxalifətdən olan 51 deputatın öz istəkləri ilə mandatdan məhrum edilməsinə baxılacaq. 2020-ci ilin parlament seçkilərindən sonra ümumilikdə müxalifət parlamentdə 60 yer əldə edib. Seçkilərdən sonra müxalifət seçkinin saxtalaşdırıldığını elan edərək parlamentə girmək istəmədiklərini bildiriblər, amma sonradan "Patriotlar alyansı"ndan dörd və "Vətəndaşlar" partiyasından iki müxalif deputat parlamentdə qalmağa qərar verib. "Qirçi" partiyasının təmsilçiləri parlament iclaslarında iştirak etməsələr də onlardan üçü də mandatdan imtina etmək haqda ərizə yazmayıb. Hakim "Gürcü arzusu" partiyası partiya məclisində müxalifətçi deputatların öz istəkləri ilə parlamentdən uzaqlaşdırılmasını müzakirə edib və buna müsbət yanaşdıqlarını deyiblər. Gürcüstan prezidenti Salome Zurabişvili isə müxalifətçi və çoxluğu təşkil edən iqtidar deputatlarına müraciət edərək səsvermədən öncə düşünməyə çağırıb. Həmçinin prezident "Gürcü arzusu" partiyasına müraciət edərək vaxtsız qərarlarını bir daha düşünməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun