Freedom House: "Azərbaycan ölkə xaricindəki müxaliflərini təqib edir, həbs etdirib ölkəyə gətirir"

Freedom House: "Azərbaycan ölkə xaricindəki müxaliflərini təqib edir, həbs etdirib ölkəyə gətirir"
4 Fevral 2021
Mətni dəyiş
Fevralın 4-də beynəlxalq insan haqqları təşkilatı Freedom House "Transmilli repressiya" adlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, trasmilli repressiya dedikdə - hökümətlərin sərhəddlərindən kənara getmiş müxalif tənqidçilərini öldürməsi, qeyri-qanuni deportasiya etdirməsi, oğurlatması, rəqəmsal təhdidlər etməsi, onları cəzalandırmaq üçün interpolun xidmətindən sui-istifadə etməsi və ailələrini qorxutması nəzərdə tutulur. Hesabatın Avrasiyaya aid bölməsində qeyd edilir ki, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Azərarbaycan kimi ölkələrin höküməti transmilli repressiyalarla geniş məşğul olur. Hesabata görə Azərbaycanda ölkə xaricindəki müxalif tənqidçilərə qarşı belə repressiyalar 2014-cü ildən ənənəyə çevrilib. Onlar Türkiyə, Ukrayna, Gürcüstanda 5 müxalif mühaciri həbs etdirərək zorla ölkəyə geri qaytara biliblər. Xaricdən ölkəyə gətirilən 5 nəfərin dördü höküməti tənqid edən jurnalistlər olub. Hesabatda deyilir ki, jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə küçədə oğurlanıb, bir gün sonra Azərbaycanda saxlandığı bəlli olub. “Azı iki başqa halda Azərbaycan hakimiyyəti xaricdə fərdlərin saxlanması üçün İnterpola müraciətdən yararlanıb. Niderlandda sığınacaq almış jurnalist Fikrət Hüseynli Ukraynada saxlanıb və pasportu əlindən alınıb. O, İnterpolun onun məsələsini həll etməsini gözləyib. Ukraynada saxlanan zaman isə azərbaycanca danışan kişilərin hücumun məruz qalıb. Jurnalist nəhayət bu ölkədən çıxa bilib”, – hesabatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun