Ermənistanda Rusiya ilə ittifaqı dəstəkləyən yeni hərəkat yaradılıb

Ermənistanda Rusiya ilə ittifaqı dəstəkləyən yeni hərəkat yaradılıb
8 Fevral 2021
Mətni dəyiş

Ermənistanda Rusiya ilə ittifaqı dəstəkləyən bir qrup insan “Rusya ilə Güclü Ermənistan: Yeni Birlik üçün” adlı hərəkat yaradıblar. Hərəkatın təsis iclası Ermənistanın paytaxtı Yerevanda keçirilib. Hərəkatın qurucuları arasında elm adamları, sənət adamları, siyasətçilər, politoloqlar, iqtisadçılar, yazıçılar və jurnalistlər, habelə ictimai fəallar var.

Hərəkatın proqramında Rusiya Federasiyası ilə ittifaq dövləti olmaq, Ermənistan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, Rusiya sülhməramlıları ilə birlikdə Qarabağın təhlükəsizliyini təmin etmək, Ermənistan ordusunu müasir silahlarla təmin edərək Rusiyanın da köməyi ilə yeni ordu qurmaq, Avrasiya İqtisadi Birliyinin (AEB) köməyi ilə iqtisadi gücü artırmaq kimi mövzular öz əksini tapıb.

"Biz inanırıq ki, Ermənistanın müstəqilliyi, Dağlıq Qarabağın Ermənistanın nəzarətində olan hissəsinin təhlükəsizliyi, gələcəyi, rifahı köhnə dostumuz və müttəfiqimiz Rusiya ilə yeni bir ittifaq yaratdıqda mümkün olacaq", - deyə hərəkatın açıqlamasında qeyd olunub.

İclasda çıxış edən Konstitusiya Hüquqları Birliyi Partiyasının lideri və keçmiş millət vəkili Hayk Babuhanyan bildirib ki, Ermənistanın ortaq mədəni birliyə sahib olduğu Rusiya ilə daha yüksək əlaqəlar qurmaq Ermənistanı indi düşdüyü vəziyyətdən xilas edə bilər: "Rusiya ilə müttəfiqlik münasibətlərinin güclənməsi təkcə təhlükəsizliyi təmin etmək üçün yox, həm də inkişafımızı, milli dəyərlərlərimizi, kimliyimizi və suverenliyi qorumaq üçün vacibdir", - deyə o, vurğulayıb.

İclas bitdikdən sonra iştirakçılar hökumət evinə doğru yürüş ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun