Erməni parlamentində müzakirə: "İlham Əliyev Şuşaya gedə bilir, Paşinyan Xankəndində getməkdən çəkinir"

Erməni parlamentində müzakirə: "İlham Əliyev Şuşaya gedə bilir, Paşinyan Xankəndində getməkdən çəkinir"
3 Fevral 2021
Mətni dəyiş
Bu gün, fevralın 3-ü erməni parlamentinin növbədənkənar iclasında deputatı, müxalif "İşıqlı Ermənistan" partiyasından olan Taron Simonyan parlamentdə çıxışı zamanı hakimiyyətyönümlü erməni deputatları və baş nazir Paşinyanı tənqid edib. O deyib: "Deputatların çıxışlarından belə təəssürat yaranır ki, guya ötən ilin sentyabrının 27-nə qədər məhz Ermənistan regionun iqtisadi, ticarət əməkdaşlıqlarına və inkişafına mane olub. İndi isə bu zalda oturan həmkarlarımızın çoxu deyirlər ki, müharibə ki bitib bundan sonra regionun təhlükəsizlik sistemini, ticarət və iqtisadi inkişafını yenidən qura bilərik". "Bizdə deyirlər ki, eybi yox, nə olubsa keçibdir, gəlin keçmişə qayıtmayaq, gəlin gələcəyə baxaq, Azərbaycanla necə ticarət edəcəyimizi düşünək, yolları necə açacağımızı düşünək. Əgər siyasətinizi bu tendensiyaya əsaslanaraq qurursunuzsa, onda sizin siyasətinizdə heç bir milli heysiyyat görə bilmirəm". - deyə Simonyan bildirib. Simonyan çıxışında həmçinin deyib ki, Qarabağ müharibəsindən sonra Ermənistan hökümətindən cəmi bir nazir Qarabağa səfər edib. Ancaq Ermənistanın baş naziri heç olmasa Xankəndində vəziyyətin nə cür olduğunu öyrənmək üçün oraya səfər etməkdən çəkinir. Digər yandan Azərbaycan prezidenti Şuşaya gedə bilib. "Bizim baş nazir Xankəndinə getmir. Son üç ayda Qarabağda Ermənistan hökümətinin maliyyələşdirməsi ilə bir ev də tikilməyib" - deyə Simonyan qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun