Erməni deputat: Qafan yolunun bir hissəsi Azərbaycanın beynəlxalq tanınmış sərhəddləri daxilindən keçir

Erməni deputat: Qafan yolunun bir hissəsi Azərbaycanın beynəlxalq tanınmış sərhəddləri daxilindən keçir
12 Fevral 2021
Mətni dəyiş
Ermənistan parlamentində növbəti səs-küylü müzakirə baş verib. Bu baş nazirin müavini Tiqran Avinyanın parlamentdə çıxışından sonra baş verib. Belə ki, Avinyan çıxışı zamanı deyib ki, "Azərbaycanla Ermənistan arasında 9 və 11 noyabr razılaşmalarından əlavə başqa bir razılaşma da var, bu Gorus-David bek razılaşmasıdır, çünki bu yerdən Qafan yolu keçir və Azərbaycan həmin ərazini mübahisəli hesab edir". Ermənistan parlamentinin deputatı, iqtidar bloku olan "Mənim addımım" blokunun üzvü Hayk Gevorkyan baş nazirin müavini Tiqran Avinyanın Syünik bölgəsi ilə bağlı razılaşma üzərində olan çıxışını şərh edib və bildirib ki, həmin ərazilərə Azərbaycan iddia etsə də, bununla bağlı hal-hazırda heç bir ciddi problem yoxdur. Gevorkyan deyib ki, "Siz bilirsiniz ki, Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddlərinin kənarından keçir, ora Azərbaycanın tanınmış sərhədləri içindədir. Ancaq hələlik bu yol bircə gün də bağlanmayıb." Onun sözlərinə görə bu yolla bağlı hansısa müqaviləyə gərək yoxdur, bu razılaşmanın nəticəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun