Dmitri Medvedev: "İndi Qarabağın statusundan danışmaq partlayışa səbəb ola bilər"

Dmitri Medvedev: "İndi Qarabağın statusundan danışmaq partlayışa səbəb ola bilər"
1 Fevral 2021
Mətni dəyiş
"Qarabağın statusu ilə bağlı məsələ hələlik həll olunmayıb, yaxşısı budur bunu indi yox müzakirə etmək yerinə gələcəyə saxlayaq". Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev deyib. "Mənim fikrimcə, status məsələsinin həll olunmaması bu gün hamıya tam aydındır, ancaq bunu indi müzakirə etmək olmaz, çünki status ətrafından istənilən gərginlik çox güclü partlayışa səbəb ola bilər. İndi bunu etmək olmaz. Özü də tərəflərin bu mövzuda möqeləri daban-dabana ziddir, hətta Ermənistanın daxilindəd də bu mövzuda diskussiyalar gedir" - deyə Medvedev rus mətbuatına müsahibəsində bildirib. Medvedev həmçinin qeyd edib ki, vaxtilə bu məsələnin həmkarları ilə dialoq vasitəsilə müzakirəsinə xeyli vaxt sərf edib. "Xatırladım ki, Ermənistan özü də axı Qarabağın müstəqilliyini tanımayıb. Bu haqda nədənsə unudurlar, amma bu belədir. Ona görə də status haqda məsələni sonraya saxlamaq yaxşı olar" - deyə Rusiya Təhlükəsizlik şurasının sədr müavini bildirib. Dmitri Medvedev Rusiya prezidendi Vladimir Putinin Dağlıq Qarabağda vəziyyəti normallaşdırmaqla bağlı gördüyü işləri isə nəhəng iş adlandırıb. "Bu iş nəhəng iş idi, mən o günlərdə bu işi müşahidə edənlərdən biriyəm. Vladimir Vladimiroviç münaqişə tərəflərinin hər biri ilə saatlarla müzakirə aparırdı. Onun bu səyləri olmasaydı, açıq deyim ki, münaqişə hələ də davam edəcəkdi. Bu mənə elə gəlir həm Azərbaycanın, həm Ermənistanın Rusiya prezidentinə minnətdar olacağı nəhəng bir iş idi" - Medvedev deyib. Onun sözlərinə görə münaqişənin qaynar fazası bitdikdən sonra Dağlıq Qarabağda sakitlik yaranıb və bu ən əsasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun