Son aylar dünyada məşhurlaşan və xüsusi dəvətlə daxil olunan səsli sosial media tətbiqi 'Clubhouse' Çində qadağan edilib. Tətbiq insanların yazışmadan, sadecə səsli müzakirə etməsinə imkan yaradırdı.
Çin 'Twitter' və 'Facebook' kimi öz nəzarətində olmayan xarici sosial mediaları ölkədə qadağan edib. Ölkə ərazisindəki alternativsizlik qısa müddət ərzində, Clubhousea populyarlıq qazandırmışdı.
Clubhouseda bütün müzakirələrin gizliliyinin şirkət tərəfindən qorunması çinlilərə ölkələrində senzura tətbiq olunmuş mövzularla dabağlı danışmağa imkan verirdi. Məsələn, BBC müxbirləri Çin və Tayvandan olan istifadəçilərin eyni söhbət otağında ölkələrinin siyasətlərindən bəhs etdiklərinə şahid olublar.
Bu iki ölkə arasında ərazi iddiaları var və bütün münasibətlər pozulub. Sözügedən məsələdə əks mövqe Çində qəbul edilmir.
Çindəki 'Clubhouse' istifadəçilərinin böyük maraq göstərdiyi söhbət otaqları arasında uyğurların vəziyyəti, demokratiyanın üstünlükləri və mənfi cəhətləri, Çinin Honkon siyasəti kimi senzuraya məruz qalmış mövzuların müzakirə olunduğu otaqlar olub. Şəbəkənin Çindəki gələcəyi ilə bağlı heç bir açıqlama verilmir.