BMT-də İŞİD-lə bağlı narahatlıq doğuran hesabat: "Qruplaşma güc toplamağı sürətləndirib"

BMT-də İŞİD-lə bağlı narahatlıq doğuran hesabat: "Qruplaşma güc toplamağı sürətləndirib"
11 Fevral 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatı (BMT) İŞİD terror qruplaşması ilə bağlı təhdidin artdığını, ötən il ikinci yarısında terror qrupunun çoxalmaq və canlanmaq fəaliyyətinin sürətləndiyini bildirib. Bu barədə 12-ci hesabatı BMT-nin  Antiterror İdarəsinin rəhbəri Vladimir Voronkov təşkilata təqdim edib.

2020-ci ilin ikinci yarısında İŞİD-in yenidən qruplaşma fəaliyyətini canlandırmaq üçün səylərini sürətləndirdiyini vurğulayan Voronkov qeyd edib ki, terror qruplaşması beynəlxaq sülhə və təhlükəsizliyə təhdid yaradır.

Voronkov deyib ki, İŞİD İraq və Suriyada, eyni zamanda digər münaqişə bölgələrində koronavirusun yaratdığı qarışıqlıqdan istifadə edir: "İŞİD 2021-ci ildə dünyanın müxtəlif yerlərində terror hücumları təşkil etmək üçün insan və texniki resurslarını artırıb", - deyə o, xəbərdarlıq edib.

Voronkov xüsusilə gənclərin epidemiya səbəbi ilə evdə internetdə daha çox vaxt keçirməyə başladıqlarına və bu vəziyyətin bəzi ölkələrdə qəfil hücumlara səbəb ola biləcəyinə diqqət çəkib.

Voronkovun sözlərinə görə, Suriyada və İraqda hələ də 10 mindən çox İŞİD döyüşçüsü var: "Keçən ilin sonuna qədər Qərbi Afrikada İŞİD və İŞİD-ə bağlı təşkilatlar müxtəlif hücumlar təşkil edib. Təşkilat Mərkəzi Afrikada da güclənir, Əfqanıstanda 2 mindən çox üzvü var", - deyə BMT-nin Antiterror İdarəsinin rəhbəri Vladimir Voronkov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun