Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə İsrailə səfir təyin edib

Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə İsrailə səfir təyin edib
15 Fevral 2021
Mətni dəyiş

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2020-ci ilin sentyabr ayından münasibətlərin normallaşdığı İsrailə səfir təyin edib. 

BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya direktoru Hend əl-Uteybe Tvitter hesabında qeyd edib ki, Məhəmməd Mahmud əl Hacanın BƏƏ-nin İsraildəki səfiri təyin olunub.

Hend əl-Uteybe təyinatın baş tutduğy tədbirdən şəkil də paylaşıb.

İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında 15 sentyabr 2020-ci ildə Ağ Evdə təşkil olunmuş rəsmi tədbirdə münasibətlərin yaxşılaşdırımlasına yönəlik müqavilələr imzalanıb.

Bu razılaşmadan sonra Birləşmiş Ərəb Əmirlikləri hökuməti 2021-ci ilin yanvarında İsraildəki səfirliyin Tel-Əvivdə tikilməsini qərara alıb.

İsrail isə münasibətlərin normallaşmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun