15 Fevral 2021
Mətni dəyiş
Microsoft şirkətinin yaradıcısı Bill Qeyts yaxın beş ildə qlobal iqlim dəyişikliyinə aid olan startaplar və layihələrə 2 milyard dollar xərcləyəcəyini açıqlayıb.
Onun sözlərinə görə dünya ölkələri də iqlim şəraitinin olduğu kimi saxlanılmasına indikindən ən azı beş dəfə çox, illik 110 milyard dollara qədər pul xərcləməlidir. "Biz fiziki iqtisadiyyatı tarixdə əvvəl heç vaxt olmadığı qədər sürətli templə dəyişdirməliyik" - deyə o qeyd edib.
Bununla belə Qeyts əlavə edib ki, dünya sənayesi atom enerjisindən imtina etməməlidir, çünki günəş, külək kimi alternativ enerji mənbələri qlobal elektrik ehtiyacını ödəyə bilmir. Həmçinin Bill Qeys atmosferə atılan zəhərli qazların filtirasiya texnologiyaları ilə aradan qaldrımağın mümkün olmasına böyük ümüd bəslədiyini bildirib.
Qeytsin fikrincə gələcəyin daha bir enerji mənbəyi hidrogen yanacağıdır. Onun sayəsində dəm qazının atmosferə atılmasını xeyli dərəcədə azaltmaq mümkün olacaq.