Belarusda mitinqləri işıqlandıran jurnalistlərə 2 il həbs cəzası verilib

Belarusda mitinqləri işıqlandıran jurnalistlərə 2 il həbs cəzası verilib
19 Fevral 2021
Mətni dəyiş

Belarusun Minsk məhkəməsi prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə keçirilən aksiyalarda çəkliş edən 2 jurnalisti "İctimai asayişi pozma" ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edib. 

Həbs olunan jurnalistlər Polşanın "Belsat" kanalının əməkdaşları 27 yaşlı Katsiaryna Andreyeva və 23 yaşlı Darya Chultsovadır.

Andreyeva və Chultsova 22 noyabrda bir binada Lukaşenkonun əleyhinə baş tutan etirazları işıqlandırarkən həbs olunublar. "İctimai asayişi pozma" ittihamı ilə hakim qarşısına çıxarılan jurnalistlər heç bir pozuntuya yol vermədiklərini bildiriblər və ittihamları rədd ediblər.

Rəsmi nəticələrə görə, Belarusda 9 avqustda keçirilən prezident seçkilərini hazırki prezident Aleksandr Lukaşenko qazanıb.

Müxalifət seçki nəticələrinin saxtalaşdırılmasını iddia edib tərəfdarlarını küçəyə çıxmağa və hökumət əleyhinə aksiyalar keçirməyə çağırmışdı.

Keçirilən aksiyalarda 400 jurnalist də daxil olmaqla 35 minə yaxın insan saxlanılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun