Cəmiyyət

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

1 dəqiqə
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Sumqayıtda yerləşən özəl klinikalardan birinin baş həkimi, cərrah Zahid Vəliyev COVID-19-dan vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, həkim dünən axşam saatlarında dünyasını dəyişib.

Zahid Vəliyev bir müddət əvvəl koronavirusa yoluxmuşdu. O, müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Son statistik


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 230 296 nəfər koronavirusa yoluxub. Onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.


Son sutka ərzində 3 984, bu günə qədər isə 2 412 034 test aparılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun