AXCP sədrinin müavini Seymur Həzi AXCP-nin Xocalı Soyqırımının 29-cu il dönümü səbəbi ilə "Ana harayı" abidəsinə ziyarəti zamanı polislər tərəfindən saxlanılıb.
Özünü videobloqer adlandıran Ata Abdullayev AXCP-nin ziyarətinə mane olmağa çalışıb, buna etiraz edən partiya sədrinin müavini polislər tərəfindən saxlanılıb.
Onun 37-ci polis bölməsinə aparıldığı bildirilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmadı.