Arayik Arutyunyanın Azərbaycan rəsmiləri ilə görüşdüyü deyilir

Arayik Arutyunyanın Azərbaycan rəsmiləri ilə görüşdüyü deyilir
13 Fevral 2021
Mətni dəyiş

Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyanın Azərbaycan Respublikasının rəsmiləri ilə görüşdüyü bildirilir. 

Bu barədə 'Arsaxpress' saytına qondarma rejimin liderinin mətbuat xidmətinin rəhbəri Lusine Avanesyan açıqlama verib.

Məlumata görə, görüş fevralın 12-də Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru polkovnik Armen Abazyanın iştirakı ilə Azərbaycan ərazisində baş tutub.

Avanesyan görüş haqda deyib ki, görüşdə əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin axtarışları və başqa humanitar məsələlər müzakirə olunub. Həmçinin, 1990-cı illərdə baş vermiş müharibədə itkin düşmüş şəxslərin taleyi haqda da danışılıb.

Məsələ ilə bağlı hələlik Azərbaycan tərəfi hər hansı açıqlama verməyib, xəbəri təsdiqləməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun