Aİ bu ay Rusiyaya sanksiya qoymağı düşünür, Putinin ortaqlarının hesabları dondurulacaq

Aİ bu ay Rusiyaya sanksiya qoymağı düşünür, Putinin ortaqlarının hesabları dondurulacaq
12 Fevral 2021
Mətni dəyiş

Avropa İttifaqının (Aİ), Fransa və Almaniyanın Rusiyaya qarşı sanksiya tətbiqetmə qərarından sonra, Rusiya prezidenti Putinin 'müttəfiqlərinə' səyahət qadağası tətbiq edə bilər. Eyni zamanda onların bank hesablarının dondurulması da nəzərdə tutulur.

Reuters bu barədə diplomatik mənbələrinə istinadən xəbər yayıb.

Mənbələrin dediklərinə görə, Berlin və Paris ehtimal ki, bəzi Aİ ölkələrinin Şimal Axını-2 qaz kəməri layihəsinə qarşı daha sərt sanksiyalar tətbiq etmək təkliflərinə isti baxmayacaqlar.

Xəbərdə qeyd olunub ki, Polşa, Baltikyanı ölkələr, Çexiya və Rumıniyanın artıq sanksiya tətbiq etməkdə israrlı olduqları, Fransa və Almaniyanın buna razılıq verməsi artıq digər Avropa İttifaqı ölkələrinin sanksiyaları əngəlləyə bilməyəcəyi mənasını verir.

Keçən həftə Moskvaya səfər edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına təşəbbüs göstərəcəklərini və bu mövzunun 22 fevralda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə ediləcəyini bildirib.

Avropa İttifaqı Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsini, eyni zamanda onun azad olunması tələbi ilə təşkil olunan aksiyalarda minlərlə insanın saxlanılmasını kəskin şəkildə pisləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun