Ərdoğanı təhqir etdiyinə görə həbs edilən şəxs 10 ildir AKP üzvü olduğunu öyrənib

Ərdoğanı təhqir etdiyinə görə həbs edilən şəxs 10 ildir AKP üzvü olduğunu öyrənib
16 Fevral 2021
Mətni dəyiş

İstanbulda yaşayan Rəhmi Çəlik adlı şəxs sosial şəbəkələrdəki paylaşımlarına görə "Prezidenti təhqir etmə" ittihamı ilə həbs edilib. Araşdırmalar zamanı məlum olub ki, o, 10 ildir Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Adalet ve Kalkınma Partisi - AKP) üzvüdür.

Rəhmi Çəlik deyib ki, o heç vaxt bu partiyanın üzvü olmayıb. Solçu və müxalifətçi olduğunu bildirən Çəlik qeyd edib ki, hakim partiyaya kim tərəfindən və necə üzv olduğunu araşdıracaq.

Çəlik qeydiyyatda olduğu Ədalət və İnkişaf Partiyasının Küçükçəkmə şöbəsinə zəng edərək vəziyyəti öyrənməyə çalışıb. O, partiyaya necə üzv olduğunu soruşduqda, O,Ç adlı bir partiya üzvü tərəfindən üzvlüyə dəvət olunduğu və qəbul edildiyi cavabını alıb.

Üzvlüyünün saxta olduğunu bildirən Rəhmi Çəlik Küçükçəkmə prokurorluğuna rəsmi müraciət edərək məsələnin araşdırılmasını tələb edib. Beynəlxalq hesabatlara görə Türkiyədə sosial şəbəkə fəalları davamlı olaraq fikirlərinə görə təqibə məruz qalırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun