Yeni Zelandiya gələcək nəslin siqaret çəkməsini qadağan edəcək

Yeni Zelandiya gələcək nəslin siqaret çəkməsini qadağan edəcək
10 Dekabr 2021
Mətni dəyiş
Yeni Zelandiya ölkədəki gələcək nəsil üzvlərinin siqaret çəkməsinin rəsmən qadağan ediləcəyini açıqlayıb. Bu qərara uyğun olaraq, hazırda 14 yaşında və ya ondan aşağı olanlar ölkədə qanuni olaraq siqaret ala bilməyəcək. Yeni Zelandiyanı “siqaret tüstüsündən azad etməyi” hədəfləyən hökumətin qərarına uyğun olaraq, siqaret alma yaşı hər il artırılacaq. Hökumət 4 il ərzində siqaret çəkməyən əhali hədəfinə çatmaq istəyir. Bu istiqamətdə ölkədə tütün tariflərində nikotinin miqdarı məhdudlaşdırılıb, siqaret satılan mağazaların sayı azaldılıb və narkomaniya xidmətlərinə daha çox vəsait ayrılıb. Yeni məhdudiyyət elektron siqaret məhsullarına təsir etməyəcək. “Bu gün xalqımız üçün tarixi bir gündür. Qanun qüvvəyə minəndən sonra 14 yaşında olan heç kim ömrü boyu burada siqaret ala bilməyəcək”, Səhiyyə nazirinin müavini Dr. Ayeşa Verral deyib. Yeni Zelandiyada siqaret çəkənlərin əhaliyə görə nisbəti 2010-cu ildə 18 faiz olub, 2018-ci ildə isə bu göstərici 11,6 faizə düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun