Wall Street Journal: “ABŞ İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə hazırlaşır”

Wall Street Journal: “ABŞ İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə hazırlaşır”
10 Dekabr 2021
Mətni dəyiş
Wall Street Journal (WSJ) qəzeti ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaların tətbiqini sərtləşdirmək üçün hərəkətə keçəcəyini iddia edib. Qəzetin ABŞ Dövlət və Xəzinə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən yazılan xəbərində deyilir ki, Vyanada bir müddətdir davam edən İranla 2015-ci il nüvə sazişini yeniləmək üçün diplomatik səylər indiyədək uğursuzluqla nəticələndiyi üçün Tehrana iqtisadi təzyiqlər artacaq. Sputnik-in verdiyi xəbərə görə, bu səylər çərçivəsində Xəzinədarlıq Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea Qackinin də olduğu yüksək səviyyəli ABŞ nümayəndə heyəti gələn həftə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndəriləcək. BƏƏ-nin ABŞ-ın ən mühüm müttəfiqlərindən biri olduğuna diqqət çəkən xəbərdə digər tərəfdən İranın da ən böyük ticarət tərəfdaşlarından biri olduğu və digər ölkələrlə ticarət və maliyyə əməliyyatlarında Tehran üçün kanal olduğu vurğulanıb. BƏƏ-nin 9,6 milyard dollarla İranın ikinci ən böyük qeyri-neft ixracatçısı, İrandan isə 4,6 milyard dollarlıq mal alan üçüncü ən böyük qeyri-neft idxalçısı olduğu qeyd edilib. Xəbərdə ABŞ nümayəndə heyətinin BƏƏ-də İranla milyardlarla dollarlıq ticarət aparan neft-kimya şirkətləri ilə yanaşı, digər özəl şirkət və banklarla da görüşəcəyi bildirilib, əlavə edilib ki, İrana qarşı sanksiyalara əməl etməyən bank və şirkətlər “böyük risk alır”, sonrakı mərhələdə “sanksiyalarla üzləşəcəkləri” ilə bağlı onlara xəbərdarlıq ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun