ÜST: “70 faiz peyvəndlənmə ilə pandemiya bitəcək”

ÜST: “70 faiz peyvəndlənmə ilə pandemiya bitəcək”
28 Dekabr 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge Omikron variantı ilə dünyada koronavirusa yoluxma hallarının artmasından danışıb və 70 faizlik peyvənd səviyyəsinə çatdıqda pandemiyanın sona çata biləcəyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa direktoru Kluge pandemiya ilə bağlı açıqlama verərək, onun nə vaxt bitəcəyini təxmin etməyin "mümkün olmadığını" deyib. "Gələcəkdə yeni və daha təhlükəli mutasiyalar görüb-görməyəcəyimizi söyləmək mümkün deyil. Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma necə bitəcəyini deyə bilərəm. Pandemiya dünya üzrə 70 faiz peyvəndlənmə səviyyəsinə çatdığımızda, virusa yoluxan insanların müalicəsində istifadə olunacaq effektiv və təhlükəsiz dərmanlar hazırlayanda sona çatacaq” Kluge əlavə edib. “Elmlə “silahlananda” pandemiya sona çatacaq” Dünyadakı səhiyyə sistemlərinin də gücləndirilməsinə ehtiyac olduğunu qeyd edən Kluge tibb işçiləri namizədlərinin də növbəti pandemiyaya daha yaxşı hazırlaşması üçün təlim almaları gərəkdiyini deyib. “Pandemiyalara qarşı təkbaşına hərəkət edən millət-dövlət anlayışından ayrıldığımız zaman, pandemiya sona çatacaq. Hamımız elmlə “silahlananda”, etdiklərimizə görə məsuliyyəti öz üzərimizə götürəndə pandemiya da bitəcək”, deyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge bildirib. “Koronasız olmaya bilərik, amma pandemiyadan xilas ola bilərik” Koronavirusun qrip kimi endemik hala gələ biləcəyini dilə gətirən Kluge əlavə edib: "Ümid edirik ki, təbii yolla və peyvəndlərlə immunitetin artırılması pandemiyaya son qoyacaq. Onun yayılmasının qarşısını almaq bizim əlimizdədir. Daha koronasız olmaya bilərik, amma pandemiyadan xilas ola bilərik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun