Ukrayna-Rusiya sərhədində nə baş verir?

Ukrayna-Rusiya sərhədində nə baş verir?
6 Dekabr 2021
Mətni dəyiş

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiyanı təhdid edən açıqlamalarından sonra Ukrayna və Rusiyanın qarşılıqlı bəyanatları yayımlanmağa başlayıb.

Latviyanın paytaxtı Riqada keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirən ABŞ dövlət katibi Entoni Blinken Rusiyadan qoşunlarını Ukrayna sərhədindən çəkməsini istəyib, əks halda yeni iqtisadi sanksiyalarla bunun əvəzini ağır ödəyəcəklərini bildirib və Moskvanı hərbi planlarına son qoymağa çağırıb.

[caption id="attachment_96084" align="alignnone" width="1600"] Entoni Blinken[/caption]

Ukrayna prezidenti Vladimir Zelenski dünən parlamentdəki çıxışında Krımı Rusiyadan geri almağı hədəflədiklərini bildirib. Zelenskinin Krımla bağlı açıqlamalarına Moskvadan sərt reaksiya gəlib.

[caption id="attachment_78350" align="alignnone" width="990"] Vladimir Zelenski[/caption]

“Rusiyaya qarşı birbaşa təhdid görürük”

Kremlin sözçüsü Dmitri Peskov gündəlik təşkil etdiyi mətbuat konfransında deyib: "Parlamentdə çıxış edən Zelenski Krımın qaytarılmasının Ukraynanın əsas məqsədi və fəlsəfəsi olduğunu söyləyib. Biz bunu Rusiya üçün birbaşa təhdid kimi görürük. Bu o deməkdir ki, Kuyev rejimi Rusiyanın hansısa bölgəsinə təcavüz etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən gücdən istifadə etmək niyyətindədir. Biz bunu belə qəbul etməyə meylliyik”.

Kiyevin Donbass problemini hərbi yolla həll etmək cəhdlərini istisna etmədiyini qeyd edən Peskov bunun Moskvada narahatlıqla qarşılandığını bildirib: “Ukrayna hökumətinin çox aqressiv ritorika işlətdiyini və Donbassdakı kəsişmə nöqtəsində təxribat xarakterli hərəkətlərin artdığını görürük. Bu, Ukrayna administrasiyasının Donbassda həll yolu üçün hərbi ssenarini istisna etmədiyini, yəni birtərəfli qaydada müstəqillik elan etmiş respublikalara qarşı hərbi fəaliyyətə başlamağı fikirləşdiyini düşünməyə əsas verir".

[caption id="attachment_21487" align="alignnone" width="900"] Dmitri Peskov[/caption]

Peskov Ukraynanın Donbass məsələsində Rusiya ilə birbaşa danışıqların aparılmalı olduğu bəyanatları ilə israrla Rusiyanı münaqişə tərəfi kimi təqdim etməyə çalışdığını bildirib və sözlərini belə davam etdirib:

"Lakin Kiyev elə hərəkət edir ki, istənilən növ danışıqları qeyri-mümkün edir. Ukrayna xüsusilə Minsk razılaşmalarına əməl etmir və onlara zidd qanunlar qəbul edir".

Lavrov: Qərb Ukraynanın böhranı hərb yolu ilə həll etməsi üçün silah göndərir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nazirlərinin iclasındakı çıxışında bildirib ki, Qərb ölkələrinin silah daşımaları Kiyevin Minsk razılaşmalarını sabotaj etmək istəyinə təkan verib və “Ukrayna hökumətini inandırıb ki, o, güc istifadə edərək şərqdəki münaqişəni həll edə bilər".

[caption id="attachment_88470" align="alignnone" width="1360"] Sergey Lavrov[/caption]

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əvvəlki açıqlamasında Ukrayna hökumətinin ölkənin şərqindəki Donbassa göndərdiyi hərbçilərin sayının 125 minə çatdığını bildirib və bu rəqəmin bütün Ukraynanın nizami ordusunun əsgərlərinin yarısına bərabər olduğunu qeyd edib.

[caption id="attachment_100146" align="alignnone" width="735"] Mariya Zaxarova[/caption]

Ankaradan açıqlama

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada NATO Xarici İşlər Nazirləri toplantısından sonra təşkil edilən mətbuat konfransında bildirib ki, hər iki tərəflə təmasdadırlar və gərginliyin azaldılmasını tövsiyə edirlər.

[caption id="attachment_19764" align="alignnone" width="800"] Mövlud Çavuşoğlu[/caption]

“Bu yaxınlarda mən hər iki ölkənin xarici işlər nazirləri Lavrov və Dmitro Kuleba ilə görüşdüm. Cümə günü prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinlə danışacaq. Bu gün və sabah Stokholmda Dmitronu, sabah isə Stokholmda Lavrovu görəcəyəm. Ona görə də biz hər iki tərəflə təmasdayıq, sakitləşməni və gərginliyi azaltmağı məsləhət görürük”, - deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun