Üç qurum birgə sorğu keçirib: "Baydenə ictimai dəstək ən aşağı səviyyədədir"

Üç qurum birgə sorğu keçirib: "Baydenə ictimai dəstək ən aşağı səviyyədədir"
22 Dekabr 2021
Mətni dəyiş
NPR, PBS Newshour və Marist birgə sorğularında ABŞ Prezidenti Co Baydenə ictimai dəstəyi ölçüblər. Bu barədə Sputnik məlumat verib. Respondentlərin 55 faizi Baydenin prezidentlik fəaliyyətini bəyənmədiyini qeyd edib, 41 faizi isə bəyəndiyini bildirib. Partiyalar əsasında keçirilən sorğuda iştirak edən tərəfsizlərin 29 faizi Baydeni dəstəklədiyini, 66 faizi isə dəstəkləmədiyini bildirib. Demokratların 87 faizi, Respublikaçıların 4 faizi Baydenə dəstək olduqlarını bildiriblər. Eyni qrup tərəfindən dekabrın 9-da keçirilən sorğuda Baydenə dəstək səviyyəsi 42 faiz olub. Bu sorğu ilə Baydenə ictimai dəstək indiyədək ən aşağı səviyyəyə düşüb. Bayden son günlərdə yeni növ koronavirus (Covid-19) hallarının artması, yüksək inflyasiya və tədarük zəncirindəki problemlərə görə tez-tez tənqid olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun