Türkiyə ABŞ diplomatını saxta sənəd satarkən yaxaladığını deyib, ABŞ məlumatı təkzib edib

Türkiyə ABŞ diplomatını saxta sənəd satarkən yaxaladığını deyib, ABŞ məlumatı təkzib edib
23 Dekabr 2021
Mətni dəyiş
ABŞ Dövlət Departamenti İstanbulda pasportunu suriyalıya verməkdə şübhəli bilinərək həbs edilən amerikalının diplomat olduğunu təkzib edib. İstanbul Polis İdarəsindən verilən yazılı açıqlamada amerikalı diplomatın Almaniyaya getmək istəyən suriyalıya pasport verdiyi üçün həbs edildiyi bildirilib. Açıqlamaya görə, ötən ay İstanbul Hava Limanından Almaniyaya getmək istəyən Suriya əsilli R.S.-nin pasport nəzarətində başqa bir şəxsin pasportu ilə xaricə getməyə çalışdığı diqqət çəkib. "Pasportun ABŞ-ın Beyrutdakı konsulluğunda diplomat olan D.J.K. adlı şəxsə məxsus olduğu müəyyən edilib", - məlumatda deyilir. ABŞ Dövlət Departamenti isə BBC-yə sözügedən şəxsin diplomat olması ilə bağlı məlumatı təkzib edib. "Bir ABŞ vətəndaşının Türkiyədə saxlanıldığını bilirik. Bu şəxs ABŞ diplomatı deyil. Biz lazımi konsulluq xidmətlərini təqdim edirik", nazirlik sözçüsü deyib. İstanbul Polis İdarəsindən verilən məlumata görə, təhlükəsizlik kamerası görüntülərindən məlum olub ki, iki şübhəli hava limanında görüşüb orada paltarlarını dəyişib, R.S. pasportunu D.J.K.-dan alıb. Aparılan axtarışda D.J.K-nın zərfində 10 min dollar və öz adına olan diplomatik pasport tapılıb. R.S. haqda “rəsmi sənədləri saxtalaşdırmaq” maddəsi ilə ittiham aktı hazırlandıqdan sonra sərbəst buraxılıb, ABŞ vətəndaşı D.J.K isə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun