Taliban Çindən onları rəsmən tanımasını xahiş edib

Taliban Çindən onları rəsmən tanımasını xahiş edib
15 Dekabr 2021
Mətni dəyiş
Əfqanıstandakı Taliban administrasiyası Çindən rəsmi tanınmasını xahiş edib. Çin də daxil olmaqla bütün ölkələrlə qarşılıqlı hörmət əsasında yaxşı əlaqələr qurmaq istədiklərini deyən Zəbihullah Mücahid Çinin Əfqanıstan üçün regionun ən önəmli ölkələrindən biri olduğunu bildirib. Mücahid bəyan edib ki, Taliban rəsmi hökumət kimi tanınması üçün bütün tələb olunan şərtləri yerinə yetirib və indi digər ölkələr onları rəsmən tanımalıdır. “Biz başqalarının işinə qarışmaq istəmirik. Başqalarının da bizim daxili işlərimizə qarışmasına icazə verməyəcəyik”, Mücahid deyib. Çinin Kabildəki səfiri Vanq Yu bildirib ki, ölkəsi Əfqanıstanda siyasi və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün Taliban hökuməti ilə birlikdə çalışacaq. Yu vurğulayıb ki, hazırkı vəziyyətdə Əfqanıstan həqiqi müstəqilliyə nail olmaq və siyasi vəziyyətini yaxşılaşdırmaq üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyur. Yu Çinin ABŞ-ı Əfqanıstanın dondurulmuş aktivlərini azad etməyə çağırdığını da sözlərinə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun