Sudan İnqilabının üçüncü ildönümündə qarşıdurmalar baş verib

Sudan İnqilabının üçüncü ildönümündə qarşıdurmalar baş verib
20 Dekabr 2021
Mətni dəyiş
Sudanda dövlət çevrilişi rəhbərliyi Xartumda Respublika sarayının qarşısına toplaşan böyük izdihama gözyaşardıcı qaz, dəyənəklərlə hücum edib. Etiraz aksiyaları oktyabr ayında ölkədə baş vermiş dövlət çevrilişinə qarşı da keçirildiyi üçün şəhərin əsas yolları bağlanıb. Sudan xalqı 25 oktyabrda hakimiyyəti ələ keçirən çevrilişçi general Əbdülfəttah Əl Burhana qarşı "Xalq Burhanın istefasını istəyir!" şüarları səsləndiriblər. Baş nazir Abdullah Hamdok isə Sudan inqilabının tərəflərin “inadkarlığı” ucbatından gerilədiyini bildirib. Bu inadkarlığın ölkənin birliyini və təhlükəsizliyini təhdid etdiyini bildirən Hamdok əlavə edib: “Bu gün təhlükəsizliyimizi, birliyimizi və sabitliyimizi təhdid edən və bizə nə millət, nə də inqilab buraxan bir çuxura dönmənin başlanğıcı ilə bağlı bizi xəbərdar edən inqilabımızın yolunda böyük bir geriləmə ilə qarşı-qarşıyayıq”. Buna qarşılıq olaraq fəalların əsas şüarı “Nə danışıqlar, nə ortaqlıq, nə legitimlik!” olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun