Stokholm Sülh Araşdırmaları İnstitutu: "Pandemiya dövründə silah satışı artıb"

Stokholm Sülh Araşdırmaları İnstitutu: "Pandemiya dövründə silah satışı artıb"
7 Dekabr 2021
Mətni dəyiş

2020-ci ildə koronavirus (Covid-19) epidemiyası səbəbindən dünya iqtisadiyyatının daralmasına baxmayaraq, qlobal silah satışında 1.3 faiz artım olub. 

Bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasında qeyd olunub.

Araşdırmaya görə, 2020-ci ildə dünyanın ən böyük 100 şirkəti ümumilikdə 531 milyard dollarlıq silah satıb ki, bu da 2015-ci illə müqaisədə 17 faiz artım deməkdir.

Siyahının ilk beşliyində ABŞ-ın silah şirkətləri yer alıb. F-35 döyüş təyyarələrinin istehsalçısı "Lockheed Martin" 58,2 milyard dollarlıq satışla birinci olub.

Siyahıda müvafiq olaraq "Raytheon Technologies", "Boeing", "Northrop Grumman" və "General Dynamics" şirkətləri yer alıb.

100 ən böyük silah istehsalçısı siyahısına ABŞ-dan 41 şirkət daxil olub. Bu şirkətlər ümumilikdə 1,9 faiz artaraq 285 milyard dollarlıq silah satıblar. Top 100 siyahısında yer alan şirkətlərin satışlarını nəzərə alsaq, bu gəlir ümumi bazarın 54 faizini təşkil edir.

Ən çox silah satan ölkələrin reytinqində Çin 13 faizlə ikinci, İngiltərə isə 7,1 faizlə üçüncü yeri tutub. Siyahıda yer alan 5 Çin şirkətinin ümumi dövriyyəsi 66,8 milyard dollar olub. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun