Saakaşvili xəstəxanadan həbsxanaya qaytarıldı

Saakaşvili xəstəxanadan həbsxanaya qaytarıldı
30 Dekabr 2021
Mətni dəyiş

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanadan Rustavidəki həbsxanaya qaytarılıb.

Bu barədə Ukrayna Radasının deputatı və Saakaşvilinin rəfiqəsi Yelizaveta Yasko özünün "Feysbuk" səhifəsində məlumat verib.

“Səhhətinin necə olması barədə məlumat yoxdur. Onu Rustavi həbsxanasına aparıblar. Daha heç bir başqa informasiya yoxdur”, - deyə Yasko bildirib.

Yasko daha əvvəl bildirirdi ki, Saakaşvili xəstəxanda ikən vəziyyəti kritik idi. Məlumata görə, keçmiş prezidentdə əsəb tutmaları müşahidə olunur, amma ona tibbi yardım göstərilmir.

Ukraynalı deputatın başqa bir açıqlamasına görə, eks-prezidentdə yaddaş problemi yaranır, eləcə də onda fiziki məhdudiyyətlərə səbəb ola biləcək xəstəliklər meydana çıxa bilər.

Səkkiz illik mühacirətdən sonra qeyri-leqal yolla ölkəsinə qayıdan Mixail Saakaşvili oktyabrın 1-də həbs olunub. O, daha əvvəl iki cinayət işi əsasında qiyabi olaraq 6 illik həbs cəzasına məhkum edilib. İndi də ona qarşı sərhədi qanunsuz keçmək maddəsi ilə cinayət işi qaldırılıb. Keçmiş prezident 50 günlük aclıq aksiyasından sonra Qoridəki hərbi hospitalda müalicə alırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun