Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsdən azərbaycanlılara məktub yazıb.
Məktubu Vahid Milli Hərəkat partiyasının üzvü Rəfi Orucov paylaşıb.
Məktubda deyilir:
"Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim!
Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.
Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heç kəs sizə haqsızlıq edə bilməyəcək.
Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili".