“Sərhədsiz Reportyorlar”: “Taliban iqtidarı ələ keçirdikdən sonra qadın jurnalistlər işsiz qalıb”

“Sərhədsiz Reportyorlar”: “Taliban iqtidarı ələ keçirdikdən sonra qadın jurnalistlər işsiz qalıb”
22 Dekabr 2021
Mətni dəyiş
Sərhədsiz Reportyorlar (RSF) və Əfqanıstan Müstəqil Jurnalistlər Assosiasiyasının araşdırmasına görə, radikal islamçı Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkədəki media orqanlarının təxminən 43 faizi bağlanıb. Eyni dövrdə qadın media işçilərinin 84 faizi işdən çıxarılıb. Media qurumlarının 43 faizi qapandı AFP-nin məlumatına görə, araşdırmada yay aylarında fəaliyyət göstərən 543 media qurumundan yalnız 312-nin noyabrın sonunda fəaliyyət göstərdiyi, 3 ay ərzində media qurumlarının 43 faizinin işinə son verildiyi bildirilib. Qadın işçilərin 84 faizi işdən çıxarılıb RSF bəyan edib ki, 10 media təşkilatından 4-ü fəaliyyətini dayandırıb, jurnalistlərin və media işçilərinin 60 faizi hazırda işsizdir. Açıqlamalara görə, qadın işçilərin 84 faizi işdən çıxarılıb. Media təşkilatlarının cəmləşdiyi Kabil bölgəsində bu təşkilatların 51 faizi bağlanıb. Avqust ayına qədər fəaliyyət göstərən 148 KİV-dən yalnız 72-si hələ də işləyir. Araşdırmaya görə, Əfqanıstan mediasında çalışan 2 490 qadın daxil olmaqla ümumilikdə 10 790 nəfərin əksəriyyəti işdən çıxarılıb. Araşdırma zamanı 3 min 950 kişi və 410 qadının işlərini davam etdirdiyi bildirilib. 15 bölgədə qadın jurnalist ümumiyyətlə yoxdur Beş qadın jurnalistdən dördünün işini itirdiyi Əfqanıstanın 15 bölgəsində media sahəsində çalışan qadın yoxdur. Bəyanatda qadınların işsiz qalmasının səbəbi kimi media sənayesinin Talibanın göstərişlərinə uyğun olaraq qadın jurnalistləri işdən çıxarması göstərilib. Bilbordlar silinib Əfqanıstanda Taliban administrasiyası paytaxt Kabildə reklam lövhələrindəki "şəriət qaydalarına uyğun olmayan" fotoşəkillərin silinməyə başladığını açıqlayıb. Xüsusən də qadın fotoşəkilləri olan bilbord və reklam lövhələrinin təmizləndiyi görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun