Səhhəti imkan versə, Bayden 2024-də yenidən namizəd olacaq

Səhhəti imkan versə, Bayden 2024-də yenidən namizəd olacaq
23 Dekabr 2021
Mətni dəyiş

ABŞ-ın 46-cı prezidenti Co Bayden bildirib ki, səhhəti imkan versə, 2024-də ikinci müddət prezident olmaq üçün namizədliyini irəli sürəcək.

Bayden bunu ABC kanalına müsahibəsində 2024-də namizəd olub-olmayacağına dair suala cavab verərkən deyib.

"Mən taleyə çox hörmət edən insanam. Tale həyatımda dəfələrlə özünü göstərib. O vaxt da indiki kimi səhhətim yaxşı olsa, yenə namizəd olacam", - deyə ABŞ-ın 46-cı prezidenti Co Bayden bildirib.

Jurnalistin "Donald Tramp yenidən namizəd olarsa, Bayden onunla yenidən yarışmaq istəyərmi?" sualına bayden cavab olaraq bildirib ki, Tramp namizəddirsə, mən niyə ona qarşı yarışmamalıyam?

Ağ Ev də daha əvvəl 2024-cü ildə 81 yaşı olacaq Baydenin yenidən prezidentliyə namizəd olmaq istətiyini açıqlamışdı.

Bayden 2020-ci ildə keçirilən prezident seçkilərində Donald Tramp üzərində qələbə qazanıb və ABŞ-ın 46-cı prezidenti olub. 2021-ci ilin yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra, onun növbəti müddət prezidentliyə namizəd olub-olmayacağına dair mövzular da müzakirə olunur. Bəzi iddialara görə, Bayden 2024-də hazırkı vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun