Rusiya NATO-ya "Ukrayna planından imtina edin" deyir

Rusiya NATO-ya "Ukrayna planından imtina edin" deyir
18 Dekabr 2021
Mətni dəyiş

Rəsmi Moskva NATO-nu şərq istiqamətində genişlənmək, Ukrayna və digər ölkələri təşkilata cəlb etmək kimi planlardan əl çəkməyə çağırıb. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “ABŞ və NATO-nun hüquqi təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Rusiya sənədləri layihəsi”ndə məlumat verilib.

Sənəddə NATO üzvlərinə Ukrayna, həmçinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ərazisində istənilən hərbi əməliyyatdan çəkinmək barədə çağırış edilib.

Rusiya NATO-ya eləcə də təhlükəli vəziyyətlərin riskini azaltmaq üçün hərbi təlimlər vaxtı təmkinli olmaqla bağlı razılıq da təklif edib. Bundan başqa, Moskva NATO-ya fövqəladə hallarda təmasların davam etdirilməsi üçün qaynar xətt yaratmağı təklif edib.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın genişlənməsi ilə əlaqədar Rusiyanın "qırmızı xətt"inin qəbul edilməyəci ilə bağlı açıqlama vermişdi. O, Ukraynanın da alyansa üzvlüyünü istisna etməyib və xatırladıb ki, Moskvanın etirazlarına baxmayaraq, artıq Çenoqoriya və Şimali Makedoniya təşkilata üzv olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun