Rusiya məhkəməsi “Memorial” hüquq müdafiə mərkəzinin də ləğvinə qərar verib

Rusiya məhkəməsi “Memorial” hüquq müdafiə mərkəzinin də ləğvinə qərar verib
29 Dekabr 2021
Mətni dəyiş
Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun iddiasını təmin edərək "Memorial" hüquq müdafiə mərkəzini ləğv edib. “Məhkəmə “Memorial” İnsan Hüquqları Mərkəzi rayonlararası ictimai təşkilatının ləğvi ilə bağlı prokurorluğun iddialarını tam şəkildə təmin edib”, - hakim bildirib. “Memorial” Rusiya Federasiyasında QHT-xarici agent kimi tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun