Rusiya Belarusda nüvə silahı yerləşdirə bilər

Rusiya Belarusda nüvə silahı yerləşdirə bilər
1 Dekabr 2021
Mətni dəyiş

Lukaşenko Belarusda Rusiya nüvə silahının yerləşdirilməsini istisna etməyib

Belarus Prezidenti Aleksandr Lukaşenko öz ölkəsində Rusiyanın nüvə silahının yerləşdirilməsini istisna etməyib. "BelTA" agentliyi xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində danışıb.

Lukaşenkodan NATO-nun Baş katibi Yens Stoltenberqin Şərqi Avropada, məsələn, Polşada nüvə silahının yerləşdiriliməsinin mümkünlüyü barədə bu yaxınlarda səsləndirdiyi fikrə münasibət soruşulub.

“O zaman mən də Putinə təklif edəcəyəm ki, nüvə silahını Belarusa qaytarsın”, - Lukaşenko cavab verib.

“Hansı nüvə silahını?”, - Kiselyov dəqiqləşdirici sual verib. “Biz razılaşarıq hansını. Belə toqquşma zamanı ən effektli ola biləcək nüvə silahını. Mən hədər yerə demədim ki, biz Belarus ərazisində buna hazırıq. Mən canıyanan sahib olaraq heç nəyi dağıtmamışam, bütün anbarlar öz yerlərindədir”, - Lukaşenko SSRİ dövründən qalan nüvə silahı infrastrukturunu nəzərdə tutaraq deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun