Qətər göy qurşağı rəngli uşaq oyuncaqlarını “İslami dəyərlərə zidd” adlandıraraq müsadirə edib

Qətər göy qurşağı rəngli uşaq oyuncaqlarını “İslami dəyərlərə zidd” adlandıraraq müsadirə edib
21 Dekabr 2021
Mətni dəyiş
Qətərdə göy qurşağı rəngli uşaq oyuncaqlarını “İslam dəyərlərinə zidd” olması səbəbi ilə müsadirə edilib. Ticarət və Sənaye Nazirliyi Twitter-də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Qətərin müxtəlif bölgələrində müxtəlif pərakəndə satış məntəqələrində yoxlama kampaniyaları aparılır. Göy qurşağı rənglərinə etirazını bildirməyən Nazirlik "İslami dəyərlərə zidd şüarlar daşıyan uşaq oyuncaqları müsadirə edildi" deyib. Postda göy qurşağı rənglərində olan rezin stres toplarının və digər oyuncaqların şəkilləri paylaşılıb. Mağazalardan toplanan oyuncaqların LGBTQ+ bayrağına çox bənzəyən rəng sxeminə sahib olması diqqət çəkib. Gələn il dünya çempionatına ev sahibliyi edəcək Qətər hər kəsin ölkəyə gələ biləcəyini açıqlayıb. Körfəz ölkəsində homoseksuallıq qeyri-qanuni olaraq qalır. https://twitter.com/MOCIQatar/status/1472888261756571651?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1472888261756571651%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Ftr.euronews.com%2F2021%2F12%2F21%2Fkatar-gokkusag-renkli-cocuk-oyuncaklar-na-islami-degerlere-ayk-r-diyerek-el-koydu "Nazirlik bütün vətəndaşları və sakinləri adətlərimizə zidd olan loqo və ya dizaynı olan məhsullar barədə məlumat verməyə çağırır", - QNA rəsmi xəbər agentliyinin ayrıca bəyanatında deyilir. Qətər rəsmiləri AFP-nin müsadirələrin səbəblərini aydın açıqlamaq barədə istəyinə cavab verməyib. Qətər 2010-cu ildə 2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi seçildiyi vaxtdan turnirin infrastruktur tikintisində çalışan on minlərlə miqrant işçinin pis iş şəraitinə görə tənqid olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun