Polşa prezidenti ABŞ-ın təzyiqindən sonra mübahisəli media qanununa veto qoyub

Polşa prezidenti ABŞ-ın təzyiqindən sonra mübahisəli media qanununa veto qoyub
27 Dekabr 2021
Mətni dəyiş
Polşa prezidenti ABŞ-ın təzyiqi ilə ölkə parlamentində qəbul edilmiş mübahisəli media qanununa veto qoyub. Ancey Duda bazar ertəsi günü ABŞ-ın Discovery şirkətini Polşanın TVN televiziya şəbəkəsindəki nəzarət payından imtinaya məcbur edən qanun layihəsinə veto qoymağa qərar verdiyini söyləyib. Prezident qeyd edib ki, qanun layihəsi bir çox polşalılar tərəfindən bəyənilməyib və Polşanın biznes yeri kimi nüfuzuna zərbə vuracaq. Duda qanun layihəsinə görə ABŞ hökumətinin təzyiqi ilə üzləşib. O əlavə edib ki, müttəfiqlərin Polşanı şərəfli tərəfdaş kimi görməsi vacibdir. Parlamentin aşağı palatası tərəfindən qəbul edilən qanun layihəsi hər hansı qeyri-Avropa qurumunun Polşada televiziya və ya radio yayımçılarında 49 faizdən çox paya sahib olmasının qarşısını alacaqdı. Onun praktiki təsiri Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan TVN-nin amerikalı sahibini Polşadakı holdinqlərinin əksəriyyətini və hətta hamısını satmağa məcbur edən yalnız bir mövcud şirkəti, Discovery Inc-i hədəfə ala bilərdi. Polşa hökumətinin liderləri qanunvericiliyə təkan verəndə iddia edirdilər ki, Avropadan kənarda heç bir şirkətin ictimai rəyin formalaşmasına kömək edən şirkətlərə nəzarət edə bilməməsi milli təhlükəsizlik və suverenlik üçün vacibdir. Bununla belə, polşalıların əksəriyyəti Dudanın tərəfdaşı olduğu hakim Qanun və Ədalət partiyası (PiS) tərəfindən irəli sürülən qanun layihəsini xəbər stansiyaları və TVN24-ə sahib olan yayımçını və onun  əsas kanalındakı axşam xəbərləri proqramını susdurmaq cəhdi kimi görürdülər. Bu yaxınlarda telekanala və ümumilikdə söz azadlığına dəstək üçün ümummilli kütləvi etiraz aksiyaları keçirilib. Discovery Polşanı beynəlxalq arbitraj məhkəməsinə verməklə hədələyərək, öz sərmayəsi üçün mübarizə aparacağı ilə hədələmişdi. Telekanal əvvəlcə ABŞ-ın başqa bir şirkəti Scripps Networks Interactive tərəfindən 2 milyard dollara (1,7 milyard avro) alınıb və daha sonra Discovery-yə satılıb. Bu, Polşada ən böyük Amerika sərmayəsi hesab edilir və şirkət indi TVN-nin dəyərinin 3 milyard dollar (2,65 avro) olduğunu deyir. Duda ölkələrin media şirkətlərində xarici mülkiyyəti məhdudlaşdırması ilə prinsipcə razılaşdığını və bir çox digər demokratik ölkələrin, o cümlədən ABŞ, Fransa və Almaniyanın belə qanunvericiliyə malik olduğunu söyləyib. Amma o, həmçinin bildirib ki, bu halda qanun Polşada artıq leqal fəaliyyət göstərən biznesə ziyan vuracaq. O, qanun layihəsinin imzalanmasının millətə milyardlarla dollara başa gələcəyini qeyd edərək, digər problemləri nəzərə alaraq, qanun layihəsinin hazırda zəruri olmadığına dair bir çox polşalı həmvətəninin fikrini bölüşdüyünü deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun