“Müdafiə Xətti” insan hüquqları təşkilatının rəhbərliyi daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.
Bu barədə təşkilatın həmtəsisçisi Rüfət Səfərov jurnalistlər üçün təşkil etdikləri brifinqdə məlumat verib.
Səfərov bildirib ki, nazirlə vətəndaşların qanunsuz həbsi, polis orqanlarında işgəncəyə məruz qalması və polis-vətəndaş münasibətləri istiqamətində danışılıb.
Eyni zamanda, həbsdə aclıq edən Gədəbəyin sabiq icra başçısı, Qarabağ qazisi Saleh rüstəmlinin vəziyyəti də Vilayət Eyvazovun diqqətinə çatdırılıb. Vilayət Eyvazov isə bildirib ki, bu məsələlər onun səlahiyyətində deyil.
Rüfət Səfərov əlavə edib ki, onlar Vilayət Eyvazovdan polis idarələrində və saxlanma məntəqələrində monitorinq aparılması ilə üçün şərait yaradılmasını istəyiblər, nazir isə bu məsələyə baxılacağını bildirib.
Eyni zamanda, kütləvi aksiyalarda təşkilatın monitorinq aparan üzvlərinə polis müdaxiləsinin olmayacağı bildirilib.