"Mossad"ın keçmiş şefi dövlət sirlərini gizli eşq yaşadığı qadına verməkdə ittiham olunur

"Mossad"ın keçmiş şefi dövlət sirlərini gizli eşq yaşadığı qadına verməkdə ittiham olunur
21 Dekabr 2021
Mətni dəyiş

İsrailin “Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen dövlət sirlərini gizli eşq yaşadığı qadına və onun həyat yoldaşına danışmaqda ittiham olunur.

Bu barədə İsraildə fəaliyyət göstərən 'Channel 13’' televiziya kanalının 'HaMakor’ xəbər proqramında məlumat verilib.

Qeyd olunub ki, Yosef Meir Kohen bir uçuş bələdçisi ilə gizli eşq yaşayıb, dövlət sirri hesab olunan məlumatları ona və yoldaşına danışıb. Bildirilib ki, danışılan sirlər arasında hətta "Mossad" daxilində olan söhbətlər də var.

"Mossad" şefini "boşboğazlıq" etməkdə ittiham edən proqramda qeyd olunub ki, Mossad şefi əsasən İranın nüvə silahı ilə mübarizədən, "Mossad"ın İrandakı gizli əməliyyatlarından, İranın silahlı qüvvələrinin üzvü ölkənin nüvə fizikası üzrə alimi, müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin qətlindən danışıb.

Bundan əvvəl isə "Mossad" şefi 20 min dollar dəyərində hədiyyə almaqda və qızını qanunsuz olaraq işlə təmin etməkdə ittiham olunurdu. Bununla bağlı israil polisi araşdırma aparırdı. Buna görə də Yosef Meir Kohenin qurumdakı işinə son verilmiş, onun yerinə David Barnea gətirilmişdi.

"Mossad"ın keçmiş şefi isə ittihamları rədd edib və dövlət sirri hesab olunan məlumatları qurumdan kənar heç kimə vermədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun