29 Dekabr 2021
Mətni dəyiş
Moskva münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyənin barış əhval-ruhiyyəsini alqışlayır, Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində bildirib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına səbəb olardı. Bu baxımdan son zamanlar Ankara və Yerevanın ikitərəfli dialoqa başlamaqla bağlı fəal şəkildə nümayiş etdirdikləri əhval - ruhiyyəni alqışlayırıq", - Rudenko deyib.
Rusiya bu dialoqda Ermənistanla Türkiyə arasında vasitəçi olmağa hazırdır", - o qeyd edib.
“Bununla yanaşı, ilkin şərtlərin irəli sürülməsindən imtina etməyi, tədricən inamın və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxara biləcək qarşılıqlı məqbul mövzulara və addımlara diqqət yetirməyi vacib hesab edirik", - o deyib.
Ermənistan-Türkiyə barışıq komissiyasının ilk iclasının Moskvada keçirilməsi təklif edilib. Lakin Ankara ikitərəfli görüşü vasitəçilərsiz keçirməyi təklif edib.