Mərakeş məhkəməsi bir uyğur türkünün Çinə təhvil verilməsi ilə bağlı qərar çıxarıb

Mərakeş məhkəməsi bir uyğur türkünün Çinə təhvil verilməsi ilə bağlı qərar çıxarıb
17 Dekabr 2021
Mətni dəyiş

Mərakeş məhkəməsi terrorçuluqda ittiham olunan uyğur türkü İdris Aişənın Çinə təhvil verilməsi ilə bağlı qərar çıxarıb.

İyul ayında Türkiyədən Mərakeşə gedərkən Kasablanka hava limanında həbs edilən İdris Aişə 2012-ci ildən ailəsi ilə birlikdə Türkiyədə yaşayıb.

Onun vəkili məlumatı mətbuata təsdiqləyib və bildirib ki, bu, çox ağır qərardır və İdris Aişədə psixoloji gərginliklər yaradıb.

Ali Məhkəmə sonuncu instansiya olduğundan, bu qərardan şikayət vermək mümkün olmayacaq. Ancaq ekstradisiyanın nə vaxt baş tutacağı bilinmir. Çünki koronavirus (Covid-19) tədbirləri səbəbindən ölkə sərhədləri hələ də bağlıdır.

İdris Aişə kompüter mühəndisi işləyib və 3 uşaq atasıdır. Onun Türkiyədəki evində olan sənədlərə baxan bəzi uyğur türkləri bildirib ki, İdris sonuncu işi kimi diasporanın saytının dizaynı ilə məşğul imiş.

2017-ci ildə Mib tərəfindən beynəlxalq axtarışa verilən İdris Aişə Çində terrorçuluq fəaliyyətində ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun