Liviyada 27 qaçqının cəsədi sahilə çıxıb

Liviyada 27 qaçqının cəsədi sahilə çıxıb
27 Dekabr 2021
Mətni dəyiş
Liviya sahillərində biri körpə, ikisi qadın olmaqla 27 qaçqının cəsədi sahilə çıxıb. Liviya Qızıl Aypara Cəmiyyətinin Hums Şöbəsindən verilən açıqlamaya görə, ötən gecə Hums şəhərinin Əl-Allus bölgəsinin sahillərində Aralıq dənizini keçmək istəyərkən boğulan biri körpə olmaqla 17 qaçqının cansız cəsədi tapılıb. Bildirilib ki, Qızıl Aypara qrupları bölgədə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı yaxınlıqdakı çimərlikdə ikisi qadın olmaqla daha 10 cəsəd tapıb, hələ də sağ olan 3 qaçqın isə qruplar tərəfindən xəstəxanaya aparılıb. Sözügedən 3 qaçqının ifadəsinə uyğun olaraq sahildə axtarışların davam etdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun