İsrailin Baş naziri Naftali Bennet qızının koronavirusa yoluxması səbəbindən karantinə alınıb

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirusa yoluxması səbəbindən karantinə alınıb
27 Dekabr 2021
Mətni dəyiş

İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus (Covid-19) testinin pozitiv çıxmasından sonra özünü karantinə alıb. 

O, nazirlər kabinetinin iclası bitdikdən sonra belə qərar alıb.

Baş nazirin mətbuat xidmətindən bildirilib ki, nazir karantinə alınıb və test nəticələri neqativ çıxana qədər 14 yaşlı qızı ilə təmasda olmayacaq.

Mətbuat xidməti onu da qeyd edib ki, iclasdan əvvəl Baş nazir və digər şəxslər test veriblər, testin nəticəsi neqativ çıxıb. Yalnız bir texnilki işçinin testi pozitiv çıxıb və həmin şəxs dərhal karantinə alınıb. Heç bir nazirlə təmasda olmayıb.

İsraildə epidemiya başlayandan bəri 1 milyon 364 min 282 nəfərdə Covid-19 aşkar edilib, 8 min 242 nəfər virus səbəbilə həyatını itirib. Bu günə qədər İsraildə 1118 nəfərdə Omikron mutasiyası aşkar edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun