İctimaiyyət nümayəndələri Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı növbəti dəfə çağırış ediblər

İctimaiyyət nümayəndələri Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı növbəti dəfə çağırış ediblər
4 Dekabr 2021
Mətni dəyiş
Bir qrup ictimaiyyət nümayəndəsi Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı növbəti dəfə çağırış edib.  AbzasMedia müraciəti olduğu kimi təqdim edir: "Saleh Rüstəmli və işgəncələrlə bağlı ictimaiyyət nümayəndələrindən çağırış
Biz, vətəndaş cəmiyyəti nümayəndələri, ölkədə sistemli hala çevrilən insan haqları pozuntularından, səlahiyyətli dövlət təmsilçilərinin qanunsuz və insanlığa sığmayan hərəkətlərindən, belə hərəkətlərə hüquqi qiymət verilməməsindən dərin narahatlıq keçiririk.
Qurama ittihamlarla tutulub azadlıqdan məhrum edilən Qarabağ qazisi Saleh Rüstəmlinin həyatı, artıq bir neçə həftədir ki, təhlükə altındadır. Saxta ittihamlara, ədalətsiz məhkəmə qərarlarına 28 gündür ki, aclıq keçirməklə etiraz edən Saleh Rüstəmlinin ölüm riski bütün cəmiyyətdə ciddi həyəcan doğurmaqdadır. Bu narahatlıqlara, ölüm riskinə rəğmən, onun hələ də həbsdə saxlanılması, gərəkli addımların atılmaması Qarabağ müharibəsi zamanı və müharibə sonrası formalaşmaqda olan qarşılıqlı etimad, güvən mühitinə ciddi yaralar vurmaqdadır. Cəmiyyətin bu hadisədən narahat olan müxtəlif təbəqələrindən ölkə rəhbərliyinə, hökumətə ünvanlanan çağırışlar, təəssüflər olsun ki, indiyə qədər diqqətə alınmayıb və zəruri addımlar atılmayıb.
Qeyd etdiyimiz hərəkətsizliyin fonunda Saleh Rüstəmlinin sağlıq durumunun getdikcə ağırlaşmasından narahat olan, narahatlıqlarını səlahiyyətli şəxslərin, qurumların diqqətinə çatdırmaq, onları təxirə salmadan zəruri addımlar atmağa təşviq etmək istəyən bir qrup vətəndaş, dekabrın 1-də Bakı şəhərində dinc aksiya keçirməyə cəhd edib. Hətta bu aksiya cəhdinə belə qeyri-adekvat reaksiya verilib.
Aksiyaya qatılan müxalif siyasətçi, həm də Qarabağ müharibəsi qazisi olan Tofiq Yaqublunu polislər saxlayıb, o, misli görünməmiş zorakılığa məruz qalıb, tanınmaz hala salınıb, Bakıdan 70 km uzaqlıqda köməksiz halda atılıb. Aksiyaya cəhd edənlərdən Paşa Dadaşzadə də oxşar rəftara məruz qalıb, qolu bir neçə yerdən sındırılıb.
Aksiya zamanı ümumilikdə saxlanılan 40 nəfərə yaxın şəxsdən Səyyad Quliyevə, Elxan Əliyevə, Elçin Teymurova, İlham Hüseyn və Rüstəm İsmayılbəyliyə isə 15-30 sutka arasında inzibati həbs verilib.
Dinc, ölkənin problemlərinin birgə, əl-ələ həlli çağırışı, təşəbbüsü ilə keçirilməsinə cəhd edilən aksiya iştirakçılarının üzləşdikləri belə rəftar nə ölkə Konstitusiyasına, nə onun qanunlarına, nə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlir. Vətəndaşlarla belə rəftar etmək Azərbaycanın cinayət qanunvericiliyi ilə tənzimlənən əməllərə yol vermək deməkdir. Hüquq-mühafizə orqanlarının, məhkəmələrin ədalətsiz qərarlarının nəticələrinin aradan qaldırılması məqsədinə xidmət edən aksiyaya qatılanların misli görünməmiş zorakılığa, həbslərə məruz qalması, bir neçə gün keçməsinə baxmayaraq, əlaqəli qurumların hələ də gərəkli hüququ addımlar atmaması, bu haqda ictimaiyyəti bilgiləndirməməsi, cəmiyyətimizin narahatlığını daha da artırır.
Biz, bu müraciətə imza atan ictimai-siyasi fəallar, hüquqşünaslar, jurnalistlər olaraq hökumətdən ölkəmizin işıqlı gələcəyi naminə həll edilməsi çox önəmli olan problemlərin aradan qaldırılması üçün təxirə salmadan insani və hüquqi addımlar atmasını istəyirik. Hökumət ən qısa zamanda Saleh Rüstəmlinin azad edilməsi üçün mümkün hüquqi və siyasi mexanizmləri işə salmalı, saxta ittihamla cəza çəkən vətəndaşın həbsxanada həyatını itirməsi ləkəsinin ölkəmizin üzərinə düşməsinə imkan verməməlidir.
T.Yaqubluya, P.Dadaşzadəyə qarşı heç bir hüquqi ölçüyə gəlməyən əməllərə yol verənlər mütləq ədalət mühakiməsi qarşısına çıxarılmalı, hüquq-mühafizə qurumları üçün vətəndaşlarla rəftar zamanı örnək ola biləcək ən sərt qərarlar qəbul edilməlidir".
İmzalar:
1. Akif Qurbanov
2. Aqil Layıc
3. Alya Yaqublu
4. Anar Məmmədli
5. Aynur Elgünəş
6. Azər Mehtiyev
7. Bəxtiyar Hacıyev
8. Bəşir Süleymanlı
9. Cavad Cavadov
10. Elçin Sadıqov
11. Elman Fəttah
12. Elmir Abbasov
13. Əhməd Məmmədli
14. Əlayif Həsənov
15. Ələsgər Məmmədli
16. Ənnağı Hacıbəyli
17. Əsabəli Mustafayev
18. Fərid İmanov
19. Fikrət Cəfərli
20. Gülər Abbaslı
21. Hafiz Babalı
22. Hafiz Həsənov
23. Xalid Ağaliyev
24. Xalid Bağırov
25. Xədicə İsmayıl
26. İlham Hüseynli
27. İntiqam Əliyev
28. Qabil Abbasoğlu
29. Qənimət Zahid
30. Mehman Əliyev
31. Mehman Hüseynov
32. Mirəli Hüseynov
33. Namiq Abdullayev
34. Nazim Bəydəmirli
35. Nemət Kərimli
36. Nəsimi Məmmədli
37. Rövşən Ağayev
38. Rövşən Hacıbəyli
39. Ruslan İzzətli
40. Rüfət Səfərov
41. Samir Əliyev
42. Samir Kazımlı
43. Seymur Kazımov
44. Səməd Rəhimli
45. Şahin Cəfərli
46. Şahvələd Çobanoğlu
47. Şəhla Hümbətova
48. Şəhla İsmayıl
49. Şəmşad Ağa
50. Toğrul İsmayılov
51. Toğrul Vəliyev
52. Ülvi Həsənli
53. Vasif İsmayıl
54. Yadigar Sadıqlı
55. Yalçın İmanov
56. Zaur Əkbər
57. Zəfər Əhmədov
58. Zibeydə Sadıqova
59. Ziya Quliyev
60. Zöhrab İsmayıl

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun