Hindistanın baş nazirinin Twitter hesabı oğurlanıb

Hindistanın baş nazirinin Twitter hesabı oğurlanıb
13 Dekabr 2021
Mətni dəyiş
Dünyanın ikinci ən çox əhalisi olan ölkəsi Hindistanda baş nazir Narendra Modinin şəxsi hesabı kiber cinayətkarların hədəfinə çevrilib. NTV-nin məlumatına görə, hesabı ələ keçirən hakerlər “Hindistan Bitkoini rəsmi pul vahidi kimi qəbul edib. Hökumət rəsmi olaraq 500 bitkoin alıb və ölkədəki hər kəsə paylayır”, mesajı ilə başqa sayta keçid də paylaşıb. Twitter ilə əlaqə saxlanıldıqdan sonra hesabın geri qaytarıldığı bildirilib. Keçən ay Hindistan hökuməti kriptovalyutaları qadağan edən qanun layihəsi üzərində işlədiyini açıqlamışdı. Modinin hesabına hücumun bu qanun layihəsinə reaksiya olduğu düşünülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun