Fransanın keçmiş daxili işlər naziri həbs olunub

Fransanın keçmiş daxili işlər naziri həbs olunub
14 Dekabr 2021
Mətni dəyiş

Dövlət vəsaitinin mənimsənilməsidən və mənimsənilməsinin ört-basdır edilməsində iştirak etdiyi üçün 2 il şərti həbs və 75 min avro pul cəzası ilə cəzalandırılan Fransanın keçmiş daxili işlər naziri Kladue Queant həbs olunub. 

Fransa mətbuatında yer alan xəbərə görə, 77 yaşlı keçmiş nazir Queant ona cəza kimi nəzərdə tutulan, 2017-ci ildən qüvvədə olan 75 min və 210 min avro pul cəriməsini ödəmədiyi üçün həbs olunub. Keçmiş daxili işlər nazirinin vəkilləri isə bildirib ki, Queant nəzərdə tutulan cərimələri hər ay vaxtında ödəyib. Vəkillərinin sözlərinə görə, onun ciddi sağlamlıq problemi var və bu vəziyyətdə həbsxanada saxlanılması doğru deyil. Onlar Queantın azadlığa buraxılması üçün növbəti instansiya məhkəməsinə müraciət edəcəklər.

Keçmiş prezident Nikola Sarkozinin dönəmində daxili işlər naziri vəzifəsində işləmiş Queant 2017-ci ildə dövlət vəsaitlərinin mənimsənilməsində iştirak etməkdə ittiham olunaraq saxlanılmışdı. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun