Fransada marketdə təkbir deyən şəxsə 8 ay şərti həbs cəzası verilib

Fransada marketdə təkbir deyən şəxsə 8 ay şərti həbs cəzası verilib
21 Dekabr 2021
Mətni dəyiş

Fransanın Sent-Etyen şəhərində bir marketə girib uca səslə təkbir səsləndirən tubisli şəxs "Ictimai narahatlıq yaratmaq"da ittiham olunaraq 8 ay şərti həbs cəzası alıb. 

Məhkəmənin qərarı ilə 52 yaşlı şəxs 750 avro cərimə edilib və iki il ərzində seçmə-seçilmə hüquqlarını itirib.

Onunla eyni iş üzrə ittiham olunan dostu isə məhkəmənin qərarı ilə bəraət alıb.

Cənubi Asiyada daha yayğın olan "Təbliğ" təriqətinə aid şəxslərin geyindiyi geyimi geyinib marketə daxil olan və üç dəfə "Allahu Əkbər" deyən şəxs insanların qorxmasına səbəb olub.

Təkbirdən sonra marketdə olan müştərilər təxliyyə olunub, qaçmağa cəhd edən şəxs isə mühafizəçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Ona qarşı ittiham irəli sürülüb.

Qaçan zaman isə bir müştəri yıxılaraq qolunu sındırıb.

2016-da eyni hərəkəti edib insanların təxliyyə edilməsinə səbəb olan 52 yaşlı şəxs isə bildirib ki, bu addım onun içindən gəlib və insanlarda narahatlıq yaratmaq üçün etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun