Fransada daha bir məscid zorakılığa təşviq ittihami ilə bağlanılıb

Fransada daha bir məscid zorakılığa təşviq ittihami ilə bağlanılıb
29 Dekabr 2021
Mətni dəyiş

Fransanın şimalındakı Beauvais şəhərində yerləşən bir məscid "zorakılığa təşviq" ittihamı ilə altı ay müddətinə bağlanıb.

Bununla bağlı Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bir nəfər məscidə sadəcə ibadət etmək üçün gəlib, amma imamlara xas şəkildə davamlı olaraq cihadı və şəriət qaydalarının üstünlüyünü təbliğ edib.

“Espoir et Fraternite” (Ümid və Qardaşlıq) qeyri-hökumət təşkilatı bu qərarla bağlı məhkəməyə müraciət edib. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, dini ekstremizmlə mübarizə çərçivəsində son 2 ay ərzində 99 məsciddə araşdırmalar aparılıb, onlardan 21 bağlanıb, 6-sının isə bağlanma proseduru davam edir.

Fransada müsəlmanlara aid ümumilikdə 2 min 620 ibadət ocağı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun