Feysbuk Rusiyada qadağan olunan məzmunu silmədiyi üçün cərimə ödəyib

Feysbuk Rusiyada qadağan olunan məzmunu silmədiyi üçün cərimə ödəyib
20 Dekabr 2021
Mətni dəyiş

Feysbuk Rusiyada qadağan olunmuş məzmunu silmədiyi üçün Rusiya məhkəməsinin hökmünə əsasən 229 min dollar (17 milyon rubl) cərimə ödəyib.

"Interfax" Xəbər Agentliyinin məlumatına görə, əgər gələn həftəyə qədər eyni məzmunlu paylaşımlar silinməsə, növbəti cərimələr tətbiq olunacaq.

Məhkəmə ödəniləcək cərimənin miqdarını bu şirkətin ölkədəki gəlirlərini nəzərə almaqla müəyyən edir. Feysbuk Rusiyada 165-538 milyon dollar arası gəlir əldə edir.

Rusiyanın son vaxtlar internet üzərində daha sərt nəzarət yaratmaq üçün sosial media qurumlarına təzyiqləri artırdığı müşahidə edilir. Rusiyanın bu addımları “fərdi və institusional azadlıqların pozulması” səbəbi ilə sərt şəkildə tənqid olunub.

Bundan əvvəl Teleqram platforması da Rusiya məhkəməsi tərəfindən kəsilən cəriməni ödəmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun